Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Dram Teatrında Vaqif Səmədoğlunun xatirəsi anılacaq

Milli Dram Teatrında Vaqif Səmədoğlunun xatirəsi anılacaq

Mayın 24-də Akademik Milli Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi ilə bağlı anım tədbiri keçiriləcək.

Tədbirdə Vaqif Səmədoğlunun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışılacaq, onun kitablarından ibarət sərgi nümayiş olunacaq.

Gecədə Vaqif Səmədoğlunun “Generalın son əmri” əsəri əsasında hazırlanmış eyniadlı ikihissəli tragikomik tamaşa oynanılacaq. Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir. Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada əsas rolları Xalq artistləri Cəfər Namiq Kamal, Sabir Məmmədov, Əjdər Həmidov, Əməkdar artistlər Mehriban Xanlarova, Dilarə Əliyeva, Sənubər İsgəndərli, Almaz Amanova, Ayşad Məmmədov, Rövşən Kərimduxt, Hicran Nəsirova, aktyorlar Rəşad Bəxtiyarov, Ramin Şıxəliyev, Elnar Qarayev və Cümşüd Zeynalov ifa edəcək.

Qeyd edək ki, tamaşanın premyerası 2014-cü il sentyabrın 19-da olub.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

22 2019 11:26 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə