Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Polyak qadın dünyaya altı uşaq gətirib

Polyak qadın dünyaya altı uşaq gətirib

Polşanın Krakov şəhərində qadın altı uşaq– dörd qız və iki oğlan dünyaya gətirib. Ölkə KİV-nin məlumatına görə, doğuş hamiləliyin 29-cu həftəsinə təsadüf edib.

Uşaqlar qeysəriyyə əməliyyatı yolu ilə dünyaya gəlib. Ən balaca uşağın çəkisi 800 qram, ən böyüyünün isə çəkisi 1200 qramdır. Bütün körpələr küvezə yerləşdirilib. Onların tənəffüs və qida sistemi bir müddət həkimlərin nəzarətində olacaq.

Həkimlər qadının beş uşaq dünyaya gətirəcəyini proqnozlaşdırsalar da, ananın qarnında altıncı uşaq da var imiş.

 

R.TAHİR,
“Xalq qəzeti”

22 2019 11:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə