Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Erməni silah baronu ABŞ-da zərərsizləşdirilib

Erməni silah baronu ABŞ-da zərərsizləşdirilib

ABŞ-da keçmiş aktyor Ara Dolaryan qanunsuz silah alveri, çirkli pulların yuyulması və cinayət niyyətli əlbirliklə əlaqədar həbs olunub.

“The Business Journal”ın yazdığına görə, bu barədə ABŞ prokuroru Makqreqor U.Skott açıqlama verib. 58 yaşlı erməni Şərqi Avropa və Cənubi Afrikadan Nigeriyaya milyardlarla dollar məbləğində partlayıcı materiallar, raketlər, odlu silahlar satmaqda şübhəli bilinir.

Bolqarıstan paytaxtında yaşayan Dolaryan qanunsuz əməllərini ABŞ-da mərkəzləşən “Dolarian Capital İnc” şirkətinin xətti ilə gerçəkləşdirib. Onun biznes tərəfdaşları Dolaryanın çay idxal-ixracı ilə məşğul olduğunu güman ediblər. Əslində isə erməni “silah baronu” “T-72” sovet tanklarından tutmuş raket qurğularına kimi hər cür silah satıb.

ABŞ-ın federal hökuməti hələ 2015-ci ildə onun hesablarından altı milyon dollar müsadirə edib. Daha sonra o, Federal Təhqiqatlar Bürosu tərəfindən  axtarışa verilib.

 

R.TAHİR,
 “Xalq qəzeti”

22 2019 11:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə