Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rekordçu çempionat

Rekordçu  çempionat

Hər  şeydən  göründüyü  kimi, sentyabrın 20-də  Bakıda  starta çıxacaq böyüklər arasında  cüdo üzrə dünya  çempionatı  iştirakçı  ölkələrin  sayına  görə rekordçu  çempionat  olacaq. Beynəlxalq  Cüdo Federasiyasının  saytında  verilmiş  məlumata  görə,  mundialda 133 ölkədən  828  tatami  ustası  çıxış edəcək. Onlardan 506-sı kişi, 322-si  qadın cüdoçulardır.

Milli Gimnastika  Arenasında  keçiriləcək  çempionatın  aşılış  mərasimi  sentyabrın 20-də saat 15-də  olacaq.

Xatırladaq  ki, bir il əvvəl  Macarıstanın  paytaxtı  Budapeştdə təşkil edilmiş dünya çempionatında 123 ölkədən 728  cüdoçu  mübarizə  aparmışdı.

 

“Xalq qəzeti”

4 2018 15:10 - İDMAN
İDMAN
10 Dekabr 2019 | 23:25
Messi birincidir
6 Dekabr 2019 | 22:59
Mbappe ilk onluğa düşüb
6 Dekabr 2019 | 03:16
İlin ən yaxşı futbolçusu

Köhnə versiyamızdan xəbərləri izlə