Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan səfirinin erməni futbolçuya sərt mesajı

Azərbaycan səfirinin erməni futbolçuya sərt mesajı

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Avroliqanın Bakıda keçiriləcək final oyunu ətrafında qarayaxma kampaniyasının bir detalı ilə bağlı dünyada poulyar “Sky Sports” telekanalına açıqlama verib. Diplomat müsahibəsində “Arsenal”ın Bakıya gələcək erməni oyunçusu Henrix Mxitaryanın öz təhlüksəziliyi ilə bağlı narahatçılığının yanlış olduğunu deyib: 
– Final möhtəşəm oyundur. Onların məqsədi matç ətrafında siyasi oyunlardırsa, başqa məsələ. Lakin Mxitaryan siyasətçi deyil və pulu futbolçu olduğu üçün alır. Ona görə də yersiz müzakirələri kənara qoyaq. Mxitaryan mənimlə əlaqə saxlaya bilər. Onun təhlükəsizliyi ilə bağlı problem olmayacaq. Mənimlə danışsa, şad olaram.
Səfir erməni futbolçuya belə bir mesaj göndərib: “Mxitaryan Bakının icazəsi olmadan Azərbaycanın işğal altında olan ərazisinə səfər edib. Bu səbəbdən o, Azərbycanın qara siyahısına düşüb. Lakin yenə də onun təhlükəsizliyinə təminat verilib. Mxitaryana bir mesajım olacaq: sən futbolçusan və finala get, futbolunu oyna. Təhlükəzliyin də təminat altındadır. Siyasi məsələlər qaldırmaq istəyirsənsə, başqa cür danışaq. Azərbaycan hökuməti finala gələn hər kəsin təhlükəsizliyinə təminat verir”. 
Xatırladaq ki, “Arsenal” – “Çelsi” finalı mayın 29-u saat 23:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 
P.S. Aldığımız son məlumata görə, “Arsenal”ın rəsmi saytı erməni futbolçusu Henrik Mxitaryanın Bakıya gəlməyəcəyini açıqlayıb. London klubunun təmsilçisi bu qərarın futbolçunun ailəsi ilə müzakirədən sonra verildiyini bildirib: “Mxitaryan və ailəsi ilə müzakirə apardıq. Onun Bakıya gəlməməsi haqqında qərar verdik”. 

 

R.TAHİR, “Xalq qəzeti”

21 2019 23:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə