Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Misir əməkdaşlığı genişləndirmək niyyətindədir

Misir əməkdaşlığı genişləndirmək niyyətindədir

“Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov Bakıda Misirin Azərbaycandakı səfiri Adel İbrahim Ahmed İbrahimlə görüşmüşdür. Söhbətdə Azərbaycan və Misir arasında mülki aviasiya sahəsində gələcək əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirir ki, C.Əsgərov ölkənin beynəlxalq aeroportlarında sərnişin axınının artdığını qeyd etmişdir. 2019-cu ilin ilk dörd ayı ərzində Azərbaycanın hava limanları, təxminən, 1,5 milyon sərnişinə xidmət göstərmişdir. Onun sözlərinə görə, yeni xarici aviaşirkətlərin cəlb edilməsi və aviareyslərin açılması istiqamətində fəal iş davam edir. Belə ki, iyunun 8-dən etibarən hər şənbə “Embraer-190” təyyarəsi ilə həyata keçirilməsi planlaşdırılan Bakı-Qahirə-Bakı marşrutu üzrə çarter aviareysinin açılmasına dair danışıqlar aparılır.
Həmçinin Qazaxıstanın Azərbaycandan beşinci “hava azadlığı” hüququnu qazanan “SCAT Airlines” aviaşirkətilə danışıqlar aparılır. İyulun 18-dən etibarən aviaşirkətin Nur-Sultan– Bakı – Şarm əl-Şeyx marşrutu üzrə həftədə bir dəfə uçuşlar həyata keçirəcəyi gözlənilir. Uçuşlar cümə axşamı günləri “Boeing 757” təyyarəsi ilə həyata keçiriləcək. 
Səfir bildirmişdir ki, Bakıda keçirilən danışıqlar iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə təkan verəcək. Diplomatın sözlərinə görə, yeni aviareyslərin açılması iki ölkə arasında turizm və işgüzar əlaqələrin inkişafı üçün əlavə stimul olacaq.

 

“Xalq qəzeti”

21 2019 23:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə