Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 233 Bakı şəhəri, 20 may 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formalarının təsdiq edilməsi haqqında” 2000-ci il 23 avqust tarixli 148 nömrəli, “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli, “İpoteka kağızı”nın formasının təsdiq edilməsi barədə” 2005-ci il 5 sentyabr tarixli 165 nömrəli və “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə” 2015-ci il 5 oktyabr ..tarixli 319 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 867 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə və 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 avqust tarixli 148 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 652; 2005, № 8, maddə 782, № 12, maddə 1228; 2006, № 2, maddə 203; 2008, № 8, maddə 787; 2013, № 5, maddə 577; 2014, № 10, maddə 1314; 2016, № 11, maddə 1936; 2018, № 3, maddə 627; 2019, № 1, maddə 169; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 mart tarixli 79 nömrəli və 28 mart tarixli 131 nömrəli qərarları) ilə təsdiq edilmiş 50 nömrəli forma – “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında İCRA QEYDİ” formasında “38.1-ci maddəsinə əsasən həmin sənədlər üzrə ipoteka saxlayan” sözləri “38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 682; 2002, № 3, maddə 145; 2003, № 6, maddə 342; 2005, № 8, maddə 782; 2006, № 10, maddə 903; 2008, № 2, maddə 106; 2010, № 3, maddə 264, № 12, maddə 1123; 2014, № 10, maddə 1315; 2016, № 9, maddə 1585; 2017, № 12 (II kitab), maddə 2544; 2018, № 12 (II kitab), maddə 2735; 2019, № 1, maddə 169; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 mart tarixli 122 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1-ci hissəsinin “a)” və “b)” abzasları aşağıdakı redaksiyada verilsin:
“a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli;
b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693; 2001, № 11, maddə 722; 2002, № 3, maddə 148, № 7, maddə 455, № 10, maddə 635; 2003, № 10, maddə 629; 2005, № 4, maddə 386, № 6, maddə 534, № 8, maddə 782, № 10, maddə 977, № 11, maddə 1061, № 12, maddələr 1228, 1231; 2006, № 3, maddə 297, № 8, maddə 731, № 9, maddə 830, № 10, maddə 902, № 11, maddə 994; 2008, № 2, maddə 108, № 4, maddə 316, № 8, maddə 787; 2009, № 2, maddə 148, № 10, maddələr 846, 849, № 12, maddə 1079; 2010, № 6, maddə 555; 2011, № 10, maddə 971; 2012, № 3, maddə 263, № 5, maddələr 489, 495, № 7, maddə 777, № 11, maddə 1206, № 12, maddə 1354; 2013, № 4, maddə 444, № 5, maddə 578; 2014, № 1, maddə 74, № 5, maddələr 552, 589, № 6, maddə 746, № 8, maddə 1019, № 12, maddə 1685; 2015, № 12, maddə 1580; 2016, № 3, maddə 611, № 4, maddələr 777, 814, № 6, maddə 1226, № 8, maddə 1449, № 11, maddə 1937; 2017, № 1, maddə 135, № 3, maddə 493, № 6, maddə 1245, № 7, maddə 1491, № 9, maddə 1721, № 10, maddə 1883, № 12 (II kitab), maddə 2545; 2018, № 2, maddə 347, № 3, maddə 628, № 4, maddə 789, № 5, maddə 1122, № 6, maddələr 1360, 1367, № 9, maddə 1929, № 10, maddə 2166; 2019, № 1, maddə 169; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 mart tarixli 79 nömrəli və 28 mart tarixli 131 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:
3.1. 49-cu hissənin on doqquzuncu abzası ləğv edilsin;
3.2. 160-1-ci hissənin altıncı abzası aşağıdakı redaksiyada verilsin:
“Notariusun icra qeydi əsasında ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bölüşdürülür.”;
3.3. 161-ci hissənin on ikinci abzasının birinci cümləsində “kredit müqaviləsini təsdiq etmiş notariusun depozit hesabı” sözləri “depozit hesabları” sözləri ilə, ikinci cümləsində “Bu hissənin on dördüncü abzası” sözləri “Bu abzasın birinci cümləsi” sözləri ilə əvəz edilsin;
3.4. 169-1-ci hissə aşağıdakı redaksiyada verilsin:
“169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır:
a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda;
b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; 
c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda;
ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda;
d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda;
e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə;
ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə.
İpoteka müqaviləsində ipoteka predmetinin hərracda satılması üsulu müəyyən edildikdə, icra qeydi bu Təlimatın 161-ci hissəsinə (üçüncü abzası istisna olmaqla) uyğun olaraq aparılır.”.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 5 sentyabr tarixli 165 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 856; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 mart tarixli 123 nömrəli Qərarı) ilə təsdiq edilmiş “İpoteka kağızı”nın formasının “Qeyd”ində “məhkəməyə müraciət edilmədən” sözləri “notariusun icra qeydi əsasında” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1233; 2016, № 8, maddə 1434, № 10, maddə 1718; 2017, № 2, maddə 317, № 5, maddə 993, № 10, maddə 1927, № 12 (II kitab), maddələr 2485, 2540; 2018, № 4, maddə 790, № 8, maddə 1803, № 10, maddə 2167; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 mart tarixli 122 nömrəli və 28 mart tarixli 133 nömrəli qərarları) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2.3-cü bəndə “göndərilir” sözündən sonra “, 10 nömrəli əlavə üzrə isə ərizə xidmət bölməsinin məsul şəxsinin elektron imzası ilə 1 (bir) iş günü müddətində təsdiq edilməklə elektron formada ərizəçiyə qaytarılır” sözləri əlavə edilsin; 
5.2. 7.7-ci bənddə “ipoteka qoyana təsdiqetmə üsulu ilə göndərilməsinə dair qəbz” sözləri “ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsini təsdiq edən” sözləri ilə, “sənəd” sözü isə “sənədlər” sözü ilə əvəz edilsin;
5.3. Qaydalara 10 nömrəli əlavə - “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında Bildiriş” forması üzrə:
5.3.1. “Bildirişdə qeyd olunan zəruri məlumatlar”ın 7-ci sətrində “Məhkəməyə müraciət edilmədən” sözləri “Notariusun icra qeydi əsasında” sözləri ilə əvəz edilsin;
5.3.2. “Ərizəyə əlavə olunan sənədlər”in 1-ci sətrində “ipoteka qoyana təsdiqetmə üsulu ilə göndərilməsinə dair qəbz” sözləri “ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsini təsdiq edən sənəd” sözləri ilə əvəz edilsin.
 
 
Novruz Məmmədov,
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə