Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 228 Bakı şəhəri, 20 may 2019-cu il
 
“Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri”nin təsdiq edilməsi haqqında
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli 164 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
 
 
Novruz Məmmədov,
Azərbaycan Respublikasının Baş Naziri
 

Azərbaycan  Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 20 may

tarixli 228 nömrəli Qərarı ilə

təsdiq  edilmişdir.

 

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu

 

ŞƏRTLƏRİ

 

1. Bu Şərtlər “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-3-cü maddəsinə əsasən hazırlanmışdır və beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin (bundan sonra – abituriyentlər) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu məsələlərini tənzimləyir.

2. Abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə beynəlxalq səviyyədə akkreditasiya olunan aşağıdakı təhsil proqramları üzrə aparılır:

2.1.  Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme);

2.2. Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education);

2.3.  Yüksək yerləşdirmə (Advanced Placement).

3. Abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu bu Şərtlərin 2.1-2.3-cü bəndlərində nəzərdə tutulmuş təhsil proqramları üzrə təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə aparılır.

4. Abituriyentlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın (bundan sonra – Tələbə Qəbulu Qaydaları) 3.2-ci bəndində nəzərdə tutulmuş qaydada Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər.

5.  Bu Şərtlərin 2.1-2.3-cü bəndlərində nəzərdə tutulmuş təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu üçün  hər bir ixtisas üzrə və hər tədris ili üçün keçid balı aşağıda göstərilən ixtisaslar üzrə  və keçid ballarının aşağıda müəyyən olunmuş minimum və maksimum hədləri əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, Mərkəz tərəfindən müəyyən edilir:

 

Sıra

№-si

İxtisaslar

Proqramlar üzrə keçid ballarının minimum və maksimum hədləri

Beynəlxalq Bakalavriat Diplom Proqramı

 

Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (müvafiq üç imtahan fənni üzrə)

 

Yüksək yerləşdirmə (müvafiq üç imtahan fənni üzrə)

1.

Beynəlxalq münasibətlər

28-35

C və ya B

3 və ya 4

2.

Biologiya

26-30

C və ya B

3 və ya 4

3.

Biotibbi texnologiya mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

4.

Biznesin idarə edilməsi

26-30

C və ya B

3 və ya 4

5.

Cihazqayırma mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

6.

Dövlət və bələdiyyə idarəetməsi

28-30

C və ya B

3 və ya 4

7.

Dövlət və ictimai münasibətlər

28-35

C və ya B

3 və ya 4

8.

Dünya iqtisadiyyatı

26-30

C və ya B

3 və ya 4

9.

Ekologiya mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

10.

Elektroenergetika mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

11.

Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

12.

Fizika

26-30

C və ya B

3 və ya 4

13.

Geofizika mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

14.

İnformasiya texnologiyaları

26-30

C və ya B

3 və ya 4

15.

İnşaat mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

16.

İqtisadiyyat

28-35

C və ya B

3 və ya 4

17.

Jurnalistika

26-30

C və ya B

3 və ya 4

18.

Kimya

26-30

C və ya B

3 və ya 4

19.

Kimya mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

20.

Kompüter elmləri

26-35

C və ya B

3 və ya 4

21.

Kompüter mühəndisliyi

26-35

C və ya B

3 və ya 4

22.

Maliyyə

26-30

C və ya B

3 və ya 4

23.

Marketinq

26-30

C və ya B

3 və ya 4

24.

Menecment

26-30

C və ya B

3 və ya 4

25.

Metrologiya, standartlaşdırma və
sertifikasiya mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

26.

Mexanika mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

27.

Mexatronika və robototexnika
mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

28.

Mühasibat uçotu və audit

26-30

C və ya B

3 və ya 4

29.

Neft-qaz mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

30.

Politologiya

26-30

C və ya B

3 və ya 4

31.

Proseslərin avtomatlaşdırılması
mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

32.

Psixologiya

26-30

C və ya B

3 və ya 4

33.

Riyaziyyat

26-30

C və ya B

3 və ya 4

34.

Sənaye mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

35.

Sənayenin təşkili və idarə olunması

26-30

C və ya B

3 və ya 4

36.

Sistem mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

37.

Sosiologiya

26-30

C və ya B

3 və ya 4

38.

Turizm və otelçilik

25-28

C və ya B

3 və ya 4

39.

Aqronomluq

25-28

C və ya B

3 və ya 4

40.

Hüquqşünaslıq

30-34

C və ya B

3 və ya 4

41.

Memarlıq

25-28

C və ya B

3 və ya 4

 

 

6. Bu Şərtlərin 2.1-2.3-cü bəndlərində nəzərdə tutulmuş təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Tələbə Qəbulu Qaydalarının 3.8-ci bəndi ilə hər ixtisas qrupu üçün müəyyən edilmiş imtahan fənləri üzrə həmin proqramlar çərçivəsində topladıqları ballar nəzərə alınmaqla həyata keçirilir.

 

 Qeyd. Bu Şərtlərin 5-ci hissəsində “müvafiq üç imtahan fənni” dedikdə, Tələbə Qəbulu Qaydalarının 3.8-ci bəndi ilə hər ixtisas qrupu üçün müəyyən edilmiş imtahan fənləri başa düşülür.

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə