Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 227 Bakı şəhəri, 20 may 2019-cu il
 
 “Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 15-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 305; 2009, № 2, maddə 141; 2011, № 11, maddə 1063; 2014, № 8, maddə 1008; 2016, № 4, maddə 808; 2017, № 2, maddə 323; 2018, № 7 (II kitab), maddə 1642) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. “Kollegiyanın sədri” bölməsindən “Bayramov Ceyhun Əziz oğlu - ” sözləri çıxarılsın.
2. “Kollegiyanın üzvləri” bölməsi aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikası təhsil nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikasının təhsil naziri
Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri
Azərbaycan Respublikası Təhsil ­Nazirliyi Aparatının rəhbərinin müavini”.
 
 
Novruz Məmmədov,
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə