Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cəlilabadın Muğan kəndində yeni məktəb tikilir

Cəlilabadın Muğan kəndində yeni məktəb tikilir

 Tezliklə Cəlilabad rayonu Muğan kəndinin uşaqları da təhsillərini müasir məktəb binasında davam etdirəcəklər. Təhsil Nazirliyindən verilən məlumata görə, burada yeni orta təhsil ocağının tikintisinə başlanıb. 

22 otaqdan ibarət, istilik sistemi olmayan Muğan kənd məktəbində 450 şagird təhsil alır, 30 müəllim çalışır. Qonşu Söyüdlü kəndinin şagirdləri də ibtidai təhsildən sonra burada oxuyurlar. Lakin ötən əsrin 30-cu illərində tikilmiş, müasir təhsil üçün yaramayan, üstəlik, qəzalı vəziyyətə düşmüş binalarda dərs keçilməsi son dərəcə təhlükəlidir.

Bütün bunlara görə kənd camaatı ilin əvvəllərində Təhsil Nazirliyindən kömək istəmişdilər. Müraciətə həssaslıqla yanaşan nazirliyin müvafiq qərarından sonra qəzalı məktəbin sökülməsinə və yerində yenisinin tikilməsinə başlanılıb.

R.TAHİR,

“Xalq qəzeti”

 

21 2019 23:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə