Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt Şəhər İcra Hakimiyyətinin “Təmizlik Departamenti” MMC 2019-cu ilə məişət tullantıları üçün hər biri 1,1 kub metrlik 580 ədəd konteynerin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Sumqayıt Şəhər İcra Hakimiyyətinin “Təmizlik Departamenti” MMC 2019-cu ilə məişət tullantıları üçün hər biri 1,1 kub metrlik 580 ədəd konteynerin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçiriləcəkdır.
Lot-1. Məişət tullantıları üçün 1,1 kub metrlik 580 ədəd konteynerin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları” haqqında Azərbaycan Respublikası Qanununa uyğun yuxarıda göstərilən öz tender təkliflərini möhürlənib imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetrilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderlə əlaqədar məlumat almaq üçün maraqlanlar əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs- Gülcahan Behbudova.
Telelefon- 050 626-76-85.
Ünvan- Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 2.
Maraqlananlar əsas şərtlər toplusunu aşağdakı məbləğdə iştirak haqqını ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.
İştirak haqqı 50 manatdır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər:
Təşkilat- Sumqayıt şəhər İH “STD”MMC
“KapitalBank”ın 1 saylı Sumqayıt filialı.
Kod- 200253
VÖEN- 9900003611
M/h- AZ37NABZ01350100000000001944
H/h- AZ84İİB33010019442501763125
VÖEN- 2900258081
SWIFT BİK - AİİBAZ 2 X
Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak üçün yazılı ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvan, poçt indeksı, telefon nömrəsi, rəhbərinin adı, soyadı göstərilməklə möhürlənib imzalanmış olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının hüquqi statusu, qeydiyyatdan keçdiyi olkə və rekvizitləri;
- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;
- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir);
- bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı öhdəliklərin olub-olmaması haqqında arayış.
İddiaçılar tender sənədlərinin nümunə formasını yuxarıda göstərilən ünvandan ala bilərlər və iddiaçılar sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) həmin ünvana 2019-cu il iyunun 14-nə qədər təqdim etməlidirlər.
İddiaçılar tender təklifini 24 iyun 2019-cu il saat 18.00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 25 iyun 2019-cu il saat 11.00-da Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 2 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender proseduru “Dövlət satınalmaları” haqqında Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Tender komissiyası

22 2019 03:01 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Sentyabr 2019 | 10:29
Bildiriş
21 Sentyabr 2019 | 10:28
B i l d i r i ş
21 Sentyabr 2019 | 10:27
B İ L D İ R İ Ş
21 Sentyabr 2019 | 10:27
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə