Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın artıq 8 medalı var

Azərbaycanın artıq 8 medalı  var

Qırğızıstan Respublikasının İssık-Kul vilayətinin Çolpon-Ata  şəhərində  keçirilən III Dünya Köçəri  Oyunlarının  ikinci  günü  Azərbaycan komandası  medallarının  sayını 8-ə çatdırmışdır.

Təmsilçilərimiz Armrestlinq yarışlarında (bu növdə  rəqiblər  həm sol,  həm də  sağ əllə ayrı-ayrılıqda  mübarizə  aparmışlar)  yaxşı  hazırlıq  nümayiş  etdirmiş  və  altı  dəfə fəxru  kürsüyə  yüksəlmişlər.

Rəşad İsrafilov (105 kq-dək)  və Rüstəm Qurbanov (105 kq-dan yuxarı)  hərəyə 1  gümüş  və 1  bürünc  medal  qazanmışlar. Daha  iki bürünc  medala Zöhrab  Maksimov (75 kq-dək) və Elsevər Xasiyev (95 kq-dək)  sahib olmuşlar.

Oyunların  ilk iki günündə 19 ölkə  idmançıları  fəxri  kürsüyə  yüksəlmişlər.  Hesabında 8 medal – 3  gümüş  və 5  bürünc  mükafat  olan Azərbaycan medal qazanmış  ölkələrin  siyahısında 10-cu  mövqedədir. İlk üç  yeri isə  Qazaxıstan (7  qızıl, 7  gümüş, 5  bürünc  medal),  Qırğızıstan (5+5+8) və Türkmənistan (5+2+5) komandaları  tuturlar.

 

O.BAYRAMOV,
“Xalq qəzeti”

4 2018 14:42 - İDMAN
İDMAN
19 İyul 2019 | 22:24
De Liqt “Yuventus”a keçib
18 İyul 2019 | 22:30
Ən çox qazanan qapıçı
15 İyul 2019 | 21:57
Finalçılar bəlli oldu
13 İyul 2019 | 13:07
Rivaldonun açıqlaması

Köhnə versiyamızdan xəbərləri izlə