Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Filippin şəhərləri su altında qala bilər

Filippin şəhərləri su altında qala bilər

“The Sun” nəşrinin yaydığı xəbərə görə, Filippinin şimalında yerləşən şəhərlər artıq 20 ilə yaxındır ki, su altında qalmaq təhlükəsi ilə üzləşib. Məlumata görə, Luson adasında yerləşən Pampanqa və Bulakan əyalətləri daim su altındadır. Yerli sakinlər işə, mağazaya və məktəbə qayıqlar vasitəsilə gedib-gəlirlər.
Suyun səviyyəsi ilbəil artır. Buna səbəb yalnız qlobal istiləşmə deyil, eyni zamanda, insanlar tərəfindən torpaq ərazilərinin tutulması göstərilir. 
Qeyd edilir ki, su basmış ərazilərin 5 mindən çox sakini artıq ölkənin digər regionlarına köçüb. Süni peyklər vasitəsilə aparılan monitorinqlər zamanı Pampanqa və Bulakan əyalətlərində torpağın səviyyəsinin hər il 4-6 santimetr aşağı düşdüyü məlum olub. Bu fəlakət leysan yağışları və qasırğalar nəticəsində daha da güclənir. Dənizin suyu zaman-zaman adanın dərinliklərinə doğru irəliləyir. Mütəxəssislər onun tezliklə Filippinin 13 milyon sakini olan paytaxtına çatacağını proqnozlaşdırırlar.
2004-cü ildən etibarən yeraltı suların çıxarılmasına qadağa tətbiq edilsə də, kadr çatışmazlığı səbəbindən buna nəzarət demək olar ki, yoxdur.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

21 2019 22:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə