Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qovlar şəhər məktəblərinin müəllim və şagirdləri ilə görüş

Qovlar şəhər məktəblərinin müəllim və şagirdləri ilə görüş

Qovlar şəhərində yerləşən İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada müəllim və şagirdlərlə görüşən deputat Qənirə Paşayeva gimnaziyada yüksək səviyyədə aparılan təmir-bərpa işləri, yeni tikilimiş əlavə bina, şagirdlər üçün yaradılan şəraitlə tanış olub. Gimnaziyanın əvvəlki ağır vəziyyətindən söz açan Q.Paşayeva “hamımızın müraciətini nəzərə alaraq, gimnaziyada yüksək səviyyədə təmir-bərpa işlərinin aparılması, təchizatın yaxşılaşdırılması, gimnaziyada təhsil alan uşaqlar və müəllimlər üçün ən yaxşı şərtlərin yaradılması üçün biz-tovuzluların xahişini nəzərə alaraq bu işlərin görülməsinə dəstək olan cənab Prezident başda olmaqla bütün qurumlara təşəkkür edirik”, - deyib.

Gimnaziyanın xüsusi təhsil bölməsində təhsil alan 41 nəfər sağlamlıq imkanları məhdud uşaqlarla bir arada olmaqdan məmnun olduğunu dilə gətirən Qənirə Paşayeva uşaqlarla görüşü əhəmiyyətli hesab etdiyini vurğulayıb və onların hər birinə həyatda arzularına çatmalarını diləyib. Dövlət başçımız İlham Əliyevin və ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyevanın uşaq evlərinə, internat məktblərinə, fiziki imkanları məhdud uşaqlara böyük diqqət və qayğısını vurğalayaraq bildirib ki, bir insanın inkişafında onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar və özəlliklə fiziki imkanları məhdud uşaqlarımızın oxumasına, təhsil almasına daha çox dəstək olmalıyıq deyib.

O, hər bir uşaqla ayrıca söhbət edib, onlara hədiyyələr təqdim edib. Q. Paşayeva müəllimlərə müəllifi olduğu kitabları imzalı hədiyyə etməklə yanaşı, onları Ramazan ayı münasibətilə təbrik edib, onları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, Qovlar şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada 780 nəfər təhsil alır, onlardan 102 nəfər aztəminatlı ailədəndir. Q.Paşayeva aztəminatlı ailələrdən olan uşaqlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb, hədiyyələr təqdim edib.

O, eyni zamanda Qovlardakı digər məktəblərin müəllimləri və şagirdləri ilə görüşüb, müəllimlərə müəllifi olduğu kitabları, təhsilində fərqlənən şagirdlərə isə başqa hədiyyələr təqdim edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 2019 15:03 - TƏHSİL
TƏHSİL
16 Avqust 2019 | 12:00
Təhsil naziri əmr imzaladı

Köhnə versiyamızdan xəbərləri izlə