Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Buynuz qişanın transplantasiyası uğurla nəticələnib

Buynuz qişanın transplantasiyası uğurla nəticələnib

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi yeniliklər, tədbirlər ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən hesab olunur. Mərkəzin Gəncə və Masallı filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikalarda təcrübəli və xaricdə ixtisas keçmiş həkim- oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olurlar.

2005-ci ildən mərkəzin avtomobil səyyar klinikası mütamadi olaraq respublikanın müxtəlif regionlarında pasiyentlərə xidmət göstərir. Bununla yanaşı, 2018-ci ildən Milli Oftalmologiya Mərkəzinin səyyar qatarı da fəaliyyətə başlayıb. Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən bildiriblər ki,  burada növbəti dəfə keratoplastika əməliyyatları həyata keçirilib. 3 gün ərzində  Milli Oftalmologiya Mərkəzinin cərrahları Fərəh Abduləliyeva, Cəmil Həsənov, Emil Hüseynov və Fidan Ağayeva tərəfindən nəticəsi uğurlu olan 22 buynuz qişanın transplantasiyası əməliyyatı icra olunub.

Qeyd edək ki, buynuz qişa ilk növbədə uzun illər korluğa məruz qalan imtiyazlı xəstələrə köçürülüb. Hətta ilk dəfə respublikanın regionlarında – akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında buynuz qişanın transplantasiyası cərrahi əməliyyatı uğurla, fəsadsız başa çatdırılıb.

Növbəti buynuz qişanın transplantasiyası cərrahi əməliyyatı 22 nəfər imtiyazlı xəstələrə icra olunacaq. Bu əməliyyatların həyata keçməsi Azərbaycan Prezidenti İlham Əliyevin, Milli Məclisin, Səhiyyə Nazirliyinin dəstəyi sayəsində reallığa çevrilib.

Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən, həmçinin onu da bildiriblər ki, mayın 22-də Milli Oftalmologiya Mərkəzində buynuz qişanın transplantasiyası cərrahi əməliyyatının həyata keçirilməsi ilə bağlı təqdimat olacaq.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 2019 15:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə