Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Salyanda kitab bayramında üç yüzdən çox kitab nümayiş olunub

Salyanda kitab bayramında üç yüzdən çox kitab nümayiş olunub

Mayın 20-də Nizami Gəncəvi adına Salyan Şəhər Mərkəzi Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “XI Kitab Bayramı” keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, gənclər, ziyalılar, ictimaiyyət nümayəndələri və məktəblər iştirak edib.

Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş əsərlərdən, İmadəddin Nəsiminin və digər klassiklərimizin nəşrlərindən ibarət 300-dən çox kitabla tanış olublar.

Mərasimdə çıxış edən Salyan Mərkəzi Kitabxana Sisteminin direktoru Səidə Əliyeva 2004-cü ildən bu günədək ölkəmizdə kitabxana işi sahəsində həyata keçirilən islahatlardan, Prezident İlham Əliyevin bu sahənin daha da təkmilləşdirilməsi ilə bağlı imzaladığı sərəncamlardan və kitabxana-informasiya sahəsindəki yeniliklərdən danışıb.

Bildirilib ki, Azərbaycan mədəniyyətinin inkişafına və milli mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyev kitaba və kitabxanaya da həmişə böyük dəyər verib.

Digər çıxış edənlər kitab mədəniyyətinin formalaşması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərin mədəni inkişafımıza müsbət töhfələr bəxş etdiyini qeyd edib, müasir dövrümüzdə informasiya texnologiyalarının sürətli inkişafına baxmayaraq kitabların hələ də mədəni tələbatımızın daha dolğun şəkildə ödənilməsində ən dəyərli məlumat mənbəyi olduğunu diqqətə çatdırıblar.

Tədbirdə Mədəniyyət Mərkəzinin işçiləri, Salyan Rayon Qulu Əsgərov adına musiqi məktəbinin kollektivi, məktəb şagirdləri və məktəbəqədər təhsil müəssisələrinin uşaqları Ulu Öndərə həsr olunan şeirlər söyləyib, mahnılar oxuyub, əsərlərdən səhnəciklər göstəriblər.

Sonda bir qrup fəal oxucuya fəxri fərman verilib.

 

Səməd Hüseynoğlu,
“Xalq qəzeti”nin bölgə müxbiri

21 2019 14:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə