Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qobustan rayonunda heyvanlarda təhlükəli xəstəliklərə qarşı profilaktiki tədbirlər görülür

Qobustan rayonunda heyvanlarda təhlükəli xəstəliklərə qarşı profilaktiki tədbirlər görülür

Qobustan rayonunda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndlənmə, diaqnostik müayinə, dezinfeksiya, dezinseksiya, müalicə tədbirləri və təlimlər davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX)  bildiriblər ki, Qobustan Rayon Baytarlıq İdarəsi rayonun 1 şəhər və 26 kəndində saxlanılan 30000 baş iribuynuzlu, 190000 baş xırdabuynuzlu, 700 baş təkdırnaqlı heyvana və 74400 baş ev quşuna baytarlıq xidməti göstərir.

Cari ilin ötən dövründə 30013 baş iribuynuzlu, 695 baş təkdırnaqlı və 185331 baş xırdabuynuzlu heyvanda qarayara, 30298 baş iribuynuzlu və 100428 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliklərinə qarşı peyvənd aparılıb. Bundan başqa 2432 baş sahibli itdə quduzluq, 850 baş iribuynuzlu və 950 baş xırdabuynuzlu heyvanda leptospiroz xəstəliyinə,129505 baş (“H” ştammı ilə) quş və 179635 baş cücədə (“La-sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə əməl olunaraq həyata keçirilir.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 2235 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilib. Eyni zamanda, vərəmə qarşı 3232 baş iribuynuzlu heyvanda allergik müayinə aparılıb.

Qeyd edək ki, rayonda epizootik tədbirlərlə yanaşı, əhali arasında maariflənmə və təlim işləri həyata keçirilir. Bu zaman baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiqi barədə heyvan sahibləri ilə söhbətlər və izahat işləri aparılır.

 

Səməd Hüseynoğlu,
“Xalq qəzeti”nin bölgə müxbiri

21 2019 14:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə