Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransada Çingiz Abdullayevin kitabının təqdimatı olub

Fransada Çingiz Abdullayevin kitabının təqdimatı olub

Fransanın Strasburq şəhərində Çingiz Abdullayevin "Şübhəsiz Metamorfoz" kitabının təqdimatı olub. Kitab Fransanın Strasburq şəhərində fəaliyyət göstərən "Kapaz" nəşriyyat evində tərcümə və dərc edilib.

Tədbirdə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov, vəkil və professor Tyeri Edmond, Strasburq universitetinin professorları, Avropa institutları və Azərbaycan icmasının nümayəndələri, həmçinin digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər Çingiz Abdullayevin zəngin tərcümeyi-halı, yaradıcılığının müxtəlif aspektləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Tədbir zamanı "Şübhəsiz Metamorfoz" kitabının imzalanma mərasimi keçirilib və yazıçı qonaqların çoxsaylı suallarını cavablandırıb.

Sonda “Balkan 7/8 Trio” qrupunun hazırladığı, Azərbaycan və Balkan musiqilərindən ibarət konsert proqramı ifa olunub.

Qeyd edək ki, kitab "Kapaz" nəşriyyat evinin əməkdaşı Asiya Məmmədova tərəfindən tərcümə olunub. Çingiz Abdullayevin Fransada çap edilmiş səkkizinci kitabı olan “Şübhəsiz Metamorfoz" kitabını fransalı oxucular ölkənin əksər bölgələrində kitabxanalardan, yaxud internet vasitəsilə əldə edib oxuya bilərlər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

21 2019 14:18 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə