Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsmayıllı rayonunun İvanovka kəndində icma nümayəndələri və məktəblilərlə görüş keçirilib

İsmayıllı rayonunun  İvanovka kəndində icma nümayəndələri və məktəblilərlə görüş keçirilib

Bakı Slavyan Universitetinin Filologiya və xarici dil müəllimliyi fakültəsinin təşkilatçılığı və  Azərbaycanda Rusdilli Tədris Müəssisələri Müəllimləri Assossiyasiyasının dəstəyi ilə universitetin bir qrup professor-müəllim heyəti və tələbəsi İsmayıllı rayonunun İvanovka kəndində rus icması ilə görüş keçirmiş və kənd məktəbində böyük rus yazıçısı Vasili Şukşinin anadan olmasının 90 illiyini həsr edilmiş geniş tədbir düzənləmişlər.  Qonaqlar ilk öncə İsmayıllı rayonunun mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini  ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələri qoymuşlar.

Universitetdən gələn nümayəndə heyətini rayon icra hakimiyyətinin başçısı, professor Mirdəməd Sadıqov qəbul etmiş, onlara ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsmayıllı rayonuna diqqət və qayğısından söz açıb.

BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva səmimi qəbula görə rayon icra hakimiyyətinin başçısına minnətdarlıq ediblər.

Daha sonra çıxış edən Azərbaycan Rusdilli Tədris Müəssisələri Müəllimləri Assosiyasiyasının sədri L.Yakunina Azərbaycanda rus ədəbiyyatına, mədəniyyətinə həmişə böyük maraq olduğunu bildirib. O, belə tədbirlərin davamlı olmasını, gələcəkdə digər rus şair və yazıçılarına həsr olunmuş tədbirlərin keçirilməsinin vacib olduğunu qeyd edib.

Tədbir bədii hissəsi ilə davam edib. Sonda BSU-nun Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent G.Əliyeva İvanovka kənd orta məktəbinin əlaçı və bacarıqlı şagirdlərinə müxtəlif hədiyyələr təqdim edib.

 

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

21 2019 13:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə