Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukraynanın baş naziri istefa verib

Ukraynanın baş naziri istefa verib

Ukraynanın baş naziri Vladimir Qroysman istefa verib.

Baş nazirin bu qərarı avtomatik olaraq bütün kabinetin səlahiyyətlərinin yekunlaşması deməkdir.

"Mən hökumətin çərşənbə günü keçirilən iclasından sonra istefa vermək qərarına gəldim", - deyə Qroysman Kiyevdə brifinq zamanı bildirib.

O əlavə edib ki, prezident Vladimir Zelenskinin Ukrayna xalqına müraciətində hökumətin istefaya getməli olduğunu bəyan etməsindən sonra bu qərarı verib.

Vitse-prezident Vyaçeslav Kirilenko Twitter səhifəsində yazıb ki, baş nazirin istefa barədə qərarını düşünülməmiş və xalq üçün faydasız addım hesab edirəm. Ali Radaya yeni seçkilər keçiriləcək, prezident işləri qəbul etməyə təzəcə başlayıb. Belə bir vəziyyətdə hökumət ölkədə iqtisadi sabitliyi və seçki dövründə təhlükəsizliyi təmin etməli idi. Lakin təssüf ki, emosiyalar və siyasi mülahizələr üstünlük qazandı.

Xatırladaq ki, müdafiə naziri Stepan Poltarak və Ukrayna Təhlükəsizlik Şurasının rəhbəri Vasili Qritsak da istefa barədə bəyanat veriblər. Səhiyyə naziri isə bildirib ki, nazirlik ştat rejimində işini davam etdirəcək.

 

“Xalq qəzeti”

21 2019 11:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 Oktyabr 2019 | 11:18
Həkim məsləhəti

Köhnə versiyamızdan xəbərləri izlə