Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İndoneziyada prezident seçkilərində qalib müəyyənləşib

İndoneziyada prezident seçkilərində qalib müəyyənləşib

İndoneziyanın hazırkı prezidenti Coko Vidodo ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.

Bunu İndoneziyanın Mərkəzi Seçki Komissiyasının sədri bəyan edib.

Vidodo ikinci dəfə ölkəyə başçılıq edəcək. Məlumata əsasən, o, 55,5 faiz səs toplayıb, onun yeganə rəqibi - müxalif namizəd Prabovo Subianto isə 44,5 faiz səs toplaya bilib.

Tanınmış islam ilahiyyatçısı Maaruf Amin vitse-prezident seçilmişdir.

Qeyd edək ki, İndoneziyada prezident seçkiləri aprelin 21-də keçirililmişdir. Seçicilər həmin gün prezident, vitse–prezident, milli və regional parlamentlərin, şəhər və rayon səviyyəli şuraların deputatlarını seçmək üçün beş bülleteni doldurmalı və ayrı-ayrı səsvermə qutularına salmalı idilər. Seçicilərin 80 faizi səsvermədə iştirak etmişlər.

 

“Xalq qəzeti”

21 2019 10:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə