Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Nəsimi” filmi “YARAT”da göstəriləcək

“Nəsimi” filmi “YARAT”da göstəriləcək

 “YARAT” Film Klubu bu gün rejissor Həsən Seyidbəylinin “Nəsimi” tarixi filmini kinosevərlərə təqdim edəcək. Tədbirin xüsusi qonağı Azərbaycanın Xalq artisti Rasim Balayevdir.

Film Azərbaycan xalqının görkəmli şairi və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr edilib.

Ekran əsəri 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı çərçivəsində “Ən yaxşı tarixi film” mükafatına layiq görülüb. Aparıcı rolda çıxış edən aktyor Rasim Balayev isə “Ən yaxşı kişi rolu” mükafatını qazanıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

4 2018 11:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə