Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 226 Bakı şəhəri, 17 may 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 11 aprel tarixli 80 nömrəli və “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2017-ci il 6 dekabr tarixli 542 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1174-VKQD nömrəli Konstitusiya Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 285 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 11 aprel tarixli 80 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 392; 2017, 
№ 1, maddə 133) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası”nın 10-cu hissəsinə “30 gün” sözlərindən əvvəl “ən azı” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 542 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2490) ilə təsdiq edilmiş “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası”nın 2.1.2-ci yarımbəndindən “standartlar,” sözü çıxarılsın.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə