Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədliyyə Akademiyası Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə hakimlər üçün təlim keçirib

Ədliyyə Akademiyası Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə hakimlər üçün təlim keçirib

Azərbaycanda sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması çərçivəsində orta və kiçik sahibkarların maliyyə çıxışının asanlaşdırılması, daşınar və daşınmaz əmlakın gəlir gətirməsi və girov kimi istifadə edilməsi imkanlarının təhlili, bankların gəlirgətirmə prosesində iştirak edən daşınar əmlaka girov kimi etibarın yüksəldilməsi istiqamətində konkret tədbirlər görülür, qanunvericilik təkmilləşdirilir. Bu məqsədlə “Daşınar əmlakın yüklülüyü haqqında” 2017-ci il mayın 2-də Qanun qəbul edilib. Ötən ilin martından isə daşınar əmlakın yüklülüyü haqqında dövlət reyestri fəaliyyətə başlayıb. 
Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və hüquqi maarifləndirmə məqsədilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı Nümayəndəliyi (IFC) və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə birgə “Daşınar əmlakın yüklülüyü” mövzusunda silsilə təlimlər təşkil olunur.
Ədliyyə Akademiyasından AZƏRTAC-a bildiriblər ki, bu günlərdə keçirilmiş növbəti təlimin açılışında akademiyanın rektor vəzifəsini icra edən Elçin Xələfov, IFC-nin layihə təmsilçisi Teymur Heybətov və Maliyyə Bazarlarına Nəzarət Palatası idarə heyətinin üzvü vəzifəsini icra edən Əfqan Baxışov çıxış edərək bildiriblər ki, təlimlərin keçirilməsində məqsəd daşınar əmlakın yüklülüyü sahəsində mübahisələrə baxacaq hakimlər tərəfindən yeni qanunvericilikdən və beynəlxalq təcrübədən irəli gələn məsələlərin öyrənilməsi, milli təlimçilərin hazırlanmasıdır. 
Birinci instansiya məhkəmələri hakimlərinin cəlb olunduqları təlimdə IFC-nin və palatanın nümayəndələri tərəfindən “Azərbaycanda maliyyə infrastrukturu sahəsində qanunvericilik və institusional islahatların qısa xülasəsi”, “Daşınar əmlakın yüklülüyü ilə tanışlıq”, “Daşınar əmlakın yüklülüyündə üstünlük qaydaları”, “Məhkəmə baxışı”, “Daşınar əmlakın yüklülüyünün yaranması (əqdlərin rəsmiləşdirilməsi)”, “Daşınar əmlakın yüklülüyündə yüklülük predmetinə tutma yönəldilməsi” mövzularında mühazirələr tədris olunub, dinləyiciləri maraqlandıran suallar ətrafında faydalı fikir mübadiləsi aparılıb.

20 2019 23:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə