Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentin Brüssel səfəri ölkəmiz üçün böyük uğurlar vəd edir

Prezidentin Brüssel səfəri ölkəmiz üçün böyük uğurlar vəd edir

Prezident İlham Əliyevin Brüssel səfəri, orada keçirdiyi görüşlər, apardığı müzakirələr çox əhəmiyyətlidir. Çünki Azərbaycan bölgədə aktiv siyasət yürüdən bir ölkə kimi Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də qarşılıqlı–faydalı əməkdaşlıq həyata keçirir... Bu sözləri “Müasir İnkişaf” İctimai Birliyinin sədri, “dialoq.info” xəbər portalının baş redaktoru Mübariz Göyüşlü bildirib. 

O deyib ki, Prezidentin səfərində Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlıq zamanı görülən işlər, gələcək inkişaf perspektivləri müzakirə edilib. Xüsusilə diqqəti cəlb edən mühüm məqam ötən il Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyətinin yada salınması, həmçinin tərəflər arasında danışıqları aparılan tərəfdaşlıq sazişi ilə bağlı fikir mübadiləsi olub. Azərbaycan ötən müddət ərzində bütün təzyiqlərə qarşı duraraq, Aİ ilə əməkdaşlığı yüksək səviyyədə qurub və biz bunun səmərəsini hiss edirik. Dövlət başçısının bu səfərində gələcək inkişafla, regiondakı vəziyyətlə, Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan müzakirələrin müsbət nəticəsini də hiss edəcəyimizə əminəm. 
Avropa İttifaqı Cənubi Qafqaz regionunda marağı olan təşkilatdır və dünyanın aparıcı güc mərkəzlərindən biridir. Bu baxımdan, səfər zamanı aparılan müzakirələr, keçirilən görüşlər çox böyük əhəmiyyət daşıyır. Ölkə başçısının Brüssel səfəri çərçivəsində torpaqlarımızın 20 faizinin işğal altında qaldığını bir daha qeyd etməsi və qəbul olunmuş qətnamələrin icrası istiqamətində heç bir hərəkətin olmamasını diqqətə çatdırması bir daha beynəlxalq güclərə çağırışdır. Aİ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və açıqlanan yekun sənəddə də bu, öz əksini tapır. 
Yeri gəlmişkən, Avropa azərbaycanlılarının təşəbbüsü ilə Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidentini qarşılama və ona dəstək aksiyası keçirilməsini də təqdir edirəm. Avropanın siyasi mərkəzi hesab olunan Brüssel şəhərində belə bir aksiyanın keçirilməsi, bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı münasibətlərində kök salan ikili standartlara etiraz bildirilməsi çox mühümdür.

 

Qələmə aldı:
Anar TURAN, “Xalq qəzeti”

20 2019 23:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2019 | 20:44
Hava proqnozu
18 Sentyabr 2019 | 20:39
Krit Universiteti birincidir
18 Sentyabr 2019 | 20:39
Qaçqın axını artıb
18 Sentyabr 2019 | 20:38
Türk pilot kosmosa uçacaq

Köhnə versiyamızdan xəbərləri izlə