Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bədxahlarımızın arqumentləri absurddur

Bədxahlarımızın arqumentləri absurddur

Məlum olduğu kimi, son vaxtlar Qərbdəki antiazərbaycan qüvvələr müstəqil dövlətimizin parlaq uğurlarından təşvişə düşərək, ölkəmizə qarşı şər və böhtan dolu təbliğat maşınını yenidən işə salıblar. Bu dəfə Azərbaycana qarşı qarayaxma kampaniyası üçün bəhanəyə UEFA-nın final oyununun gələn həftə Bakıda keçirilməsi səbəb olub. Bədxahlarımızın bu məsələ ilə bağlı qərəzli, ədalətsiz iddiaları ölkə ziyalıları, çox sayda adi vətəndaşlar, bir sözlə əhalinin müxtəlif təbəqələri arasında kəskin etiraz hissi doğurur.

Milli Məclisin deputatı Tahir Rzayevdən bu barədə fikrini bildirməsini xahiş edəndə, həmsöhbətim bunları dedi:
– Bu saxta antiazərbaycan təbliğatını sifariş edən qüvvələrin niyyətləri bəllidir. Məqsəd müstəqil Azərbaycanın parlaq uğurlarına kölgə salmaq, əhali arasında narazılıq yaratmaqdır. 
Lakin bunlar əbəs cəhdlərdir. Azərbaycan xalqı öz dostunu, düşmənini yaxşı tanıyır. Xalqımız təkcə xaricdəki bədxahlarımızın deyil, daxildə düşmən dəyirmanına su tökənlərin bəd əməllərini, pozucu hərəkətlərini də qətiyyətlə pisləyir. 
Bəli, futbol kimi populyar bir oyunun Azərbaycan paytaxtında keçirilməsinə etiraz etmək, buna görə ölkə iqtidarını saxta iddialarla tənqid etmək həqiqətən gülünc və absurddur. Axı, Azərbaycanın bu mühüm idman tədbirini ən yüksək səviyyədə keçirmək üçün hər cür imkanları var. 
Antiazərbaycan qüvvələr öz saxta iddialarını sübut etmək üçün “arqument” kimi, görün, nəyə istinad edirlər? Guya Bakıya təşrif buyuracaq əcnəbi futbol azarkeşlərinin təhlükəsizliyi burada təmin olunmayacaq. Tamamilə yalan sözdür. Hamı bilir ki, bu gün Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədədir, hər yerdə sabitlik hökm sürür. Ölkə vətəndaşlarının, eləcə də turistlərin həyatı üçün heç bir təhlükə yoxdur. Bədxahlarımızın Bakıda otellərin, AZAL biletlərinin həddindən artıq baha olması barədə iddiaları da tamamilə əsassızdır. 
Sonda bir daha vurğulamaq istəyirəm ki, Qərbdəki bədxahlarımızın ölkəmizin imicini ləkələmək cəhdləri bu dəfə də heç bir nəticə verməyəcək.

 

Söhbəti qələmə aldı:
M.HACIXANLI,
“Xalq qəzeti” 

20 2019 23:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2019 | 20:44
Hava proqnozu
18 Sentyabr 2019 | 20:39
Krit Universiteti birincidir
18 Sentyabr 2019 | 20:39
Qaçqın axını artıb
18 Sentyabr 2019 | 20:38
Türk pilot kosmosa uçacaq

Köhnə versiyamızdan xəbərləri izlə