Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əməkdaşlıq əlaqələri genişlənir

Əməkdaşlıq əlaqələri genişlənir

Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasında respublikada ilk dəfə olaraq “İmmunpatoloji xəstəliklərə dair I beynəlxalq elmi-praktik konfrans” işə başlayıb. Konfrans çərçivəsində xarici ölkələrdən gələn mütəxəssislərlə görüş keçirilib.
ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov qonaqları salamlayaraq, ilk immunoloji konfransın işinə uğurlar diləyib. R.Bəylərov immonologiya kimi vacib sahədə daha sıx və daimi əməkdaşlığın olmasını arzulayıb. O, Tibb Universitetinin 90 ilə yaxın tarixi, mövcud təhsil sistemi, geniş maddi və texniki bazaya malik olan klinikaları haqqında qonaqlara ətraflı məlumat verib. Söhbət zamanı Azərbaycanda immunologiya sahəsindəki mövcud vəziyyət, inkişaf perspektivləri, təşkil olunan konfransın qarşılıqlı əlaqələrin güclənməsinə töhfəsi və digər məsələlər müzakirə olunub. 
Görüşdə Azərbaycan Tibb Universiteti ilə Universal Elmi Təhsil və Tədqiqat Şəbəkəsi (UETTŞ) arasında anlaşma memorandumu imzalanıb. Memorandumu UETTŞ-in təsisçisi, professor Nima Rezai və Rauf Bəylərov imzalayıblar. 

 

20 2019 23:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə