Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti 2019-cu ildə Dövlət Baytarlıq Xidmətinin strukturuna daxil olan təşkilatlar üçün yumşaq inventarların satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti 2019-cu ildə Dövlət Baytarlıq Xidmətinin strukturuna daxil olan təşkilatlar üçün yumşaq inventarların satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR
Tender 1 (bir) lot üzrə keçirilir: 
Lot- 1. Dövlət Baytarlıq Xidmətinin strukturuna daxil olan təşkilatlar üçün yumşaq inventarların satın alınması.
Tender proseduru 9 iyul 2019-cu il saat 16.00-da iddiaçıların və onların səlahiyyətli nümayəndələrin iştirakı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində keçiriləcəkdir (Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7A). Yumşaq inventarların satınalınması büdcə vəsaiti hesabına maliyyələşdirilir. Tələb olunan mallar tenderin qalibi olmuş iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan vaxtda Kənd Təsərrüfatı Nazirliyinin Təchizat bazasına təhvil verilməlidir. Tenderdə iştirak etmək istəyənlər, Dövlət Baytarlıq Xidmətinin hesabına 350 manat və ya sərbəst dönərli valyuta ekvivalenti məbləğində iştirak haqqı ödədikdən sonra tenderin əsas şərtlər toplusunu tender komissiyasının əlaqənləndiricisi Mustafa Allahverənovdan ala bilərlər.
Telefon- (+99412) 563-40-87
Dövlət Xəzinadarlığı Agentliyi 7-ci fond
 Kod- 210005
VÖEN -1401555071
M/h- AZ41NABZ01360100000000003944
S.W.I.F.T BİK CTREAZ22
Vəsaiti alan- Dövlət Baytarlıq Xidməti
İBAN- AZ 27CTRE 00000000000002577701
VÖEN-1500504901 
Büdcə səviyyəsi kodu – 7
Büdcə təsnifatı kodu- 142340 
Tenderdə iştirak haqqı geri qaytarılmır. 
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanacaqdır.
Tender iştirakçıları öz tender təkliflərini tenderin əsas şərtlər toplusunun tələblərinə uyğun olaraq iki nüsxədən ibarət hazırlayaraq ikiqat bağlı zərfdə 8 iyul 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır.
Tender təklifi və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir. Zərflərin üzərinə lotun nömrəsi, əsli, surəti və 9 iyul 2019-cu il saat 16.00-a kimi açılmamalıdır sözləri qeyd olunmalıdır.
İddiaçının tender təklifinin 1 faizi həcmində ən azı 60 bank günü qüvvədə qalan (zərflərin açıldığı tarixdən) səlahiyyətli bank tərəfindən verilmiş təminat təqdim etməlidir. Tender təkliflərinin qiymətləndirilməsi zamanı ən sərfəli qiymətə, yüksək keyfiyyətə, müqavilənin vaxtında icra edilməsinə, iddiaçının potensial maliyyə və texniki imkanlarına, aidiyyatı işlər üzrə təcrübəsinin olmasına üstünlük veriləcəkdir.
İştirakçılar aşağıda qeyd olunan sənədləri 28 iyun 2019-cu il saat 17.00 -a kimi tender komissiyasına təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- malgöndərənlərin (podratçıların) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinə dair məlumat;
- malgöndərənlərin (podratçıların) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; 
-iddiaçının vergilərə və icbari ödənişlərə dair borcunun olub-olmaması haqqında müvafiq arayış.
Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyən vaxtda tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqlar. 
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Telefonlar - (+99412) 563-40-87
www.tender.gov.az
 
Tender komissiyası
21 2019 03:07 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə