Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi 2019-cu il üçün Sumqayıt şəhərində yaşıllıqların salınması işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi 2019-cu il üçün Sumqayıt şəhərində yaşıllıqların salınması işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçiriləcəkdir.
Lot-1. Yaşıllıqların salınması işlərinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun yuxarıda göstərilən lot üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetrilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderlə əlaqədar məlumat almaq üçün maraqlanlar əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs – R.R.Namazov, telefon- 644-73-71.
Ünvan- Sumqayıt şəhəri, 41-ci məhəllə.
Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.
İştirak haqqı 300 manatdır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər:
Təşkilat- Sumqayıt Şəhər İH MKTİB-in Yaşıllaşdırma İdarəsi 
ABB-nin Sumqayıt filialı
Kod-805658
VÖEN- 9900001881 
Mh-AZ03NABZ01350100000000002944
Hh- AZ32İBAZ38060019449616318213
VÖEN-2900390241
SWIFT BİK - AİİBAZ 2 X
Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır. 
Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı ərizə. (ərizədə müəssisənin adı, yerləşdiyi ünvan, poçt indeksı, telefon nömrəsi, rəhbərinin adı, soyadı göstərilməklə möhürlənmiş və imzalanmış olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının hüquqi statusu, qeydiyyatdan keçdiyi olkə və rekvizitləri;
- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;
- tender təklifi (tender proseduru keçirildiyi tarıxdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir);
- bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış.
İddiaçılar tender sənədlərinin nümunə formasını yuxarıda göstərilən ünvandan ala bilərlər və sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) həmin ünvana 28 iyun 2019-cu il saat 18.00-a qədər təqdim etməlidirlər.
İddiaçılar tender təklifini 8 iyul 2019-cu il saat 18.00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 9 iyul 2019-cu il saat 11.00-da Sumqayıt şəhəri, 41-ci məhəllədə açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Tender komissiyası

21 2019 03:07 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
15 İyun 2019 | 03:45
KAPİTAL BANK
15 İyun 2019 | 03:44
B İ L D İ R İ Ş
15 İyun 2019 | 03:44
B İ L D İ R İ Ş
15 İyun 2019 | 03:40
B İ L D İ R İ Ş
15 İyun 2019 | 03:39
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə