Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gələn il Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək

Gələn il Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək

Azərbaycan bu il Yaponiyanın Tsukuba şəhərində təşkil olunan 30-cu Beynəlxalq İnformatika Olimpiadasında (IOI) təmsil olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən  verilən məlumata görə, gələn il isə 31-ci Beynəlxalq İnformatika Olimpiadasına Azərbaycan ev sahibliyi edəcək. Nazirliyin verdiyi xəbərə görə, Azərbaycanda ilk dəfə təşkil ediləcək yarış ADA Universitetində keçiriləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirliklərinin və "Azercell" şirkətinin dəstəyi ilə komandamız Bakıda - Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və Respublikada Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində uzunmüddətli hazırlıq və məşq prosesindən keçiblər. Bu il yarışlarda 85 ölkədən 340 nəfər şagird iştirak edir. Azərbaycanın 24-cü dəfə qatıldığı yarışda ölkəmizi 4 şagird və 2 müəllimdən ibarət rəsmi nümayəndə heyəti təmsil edir. Şagirdlər müxtəlif yaş qrupları üzrə bölünərək yarışacaq. Beynəlxalq İnformatika Olimpiadası dünyanın ən yaxşı 5 elm olimpiadalarından hesab olunur. Azərbaycan 1994-cü ildən bu yarışların iştirakçısıdır. Məlumat üçün qeyd edək ki, bu günə qədər yarışda Azərbaycandan 55 məktəbli iştirak edib və 1 gümüş, 4 bürünc olmaqla 5 medal qazanıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

4 2018 11:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə