Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycan Konqreslər Bürosu üçün inteqrasiya mexanizmi işlərinin satın alınması məqsədilə keçirilən kotirovka sorğusu haqqında bildiriş

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycan Konqreslər Bürosu üçün inteqrasiya mexanizmi işlərinin satın alınması məqsədilə keçirilən kotirovka sorğusu haqqında bildiriş

1. Cəlb olunacaq iddiaçılar tərəfindən aşağıdakı işlər görülməlidir:
- konfranslar, konqreslər, potensial sifarişçilərin cəlb olunması və tədbirlərə dair məlumat idarəetməsində səmərəliliyin artırılması; 
- konfranslar, assosiasiyalar, konqreslər, görüşlər, simpoziumlar haqqında məlumatları idarəetməyə kömək edəcək proqram təminatının alınması. 
2. Kotirovka sorğusunda bu bildirişin 1-ci maddəsində göstərilən işləri yerinə yetirmək iqtidarında olan yerli və xarici hüquqi şəxslər iştirak edə bilərlər. İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün ərizə, təklifləri və qiymət cədvəlini, iddiaçının təsis sənədlərinin notarial qaydada təsdiq edilmiş surətlərini və özləri haqqında məlumatları təqdim etməlidirlər:
3. Bu bildirişin 2-ci maddəsində göstərilən işlər üçün yalnız bir qiymət təklifi təqdim edilməlidir. Təklif olunan işlərin qiyməti nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər daxil olmaqla Azərbaycan manatı ilə göstərilməlidir. Satınalma haqqında müqavilə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tələbatını ödəyən ən aşağı qiymət təklifi təqdim etmiş iddiaçı ilə bağlanacaqdır.
4. Kotirovka tələb olunan formada hazırlanaraq, üzərində hüquqi və ya fiziki şəxsin adı və ünvanı göstərilməklə möhürlənmiş qapalı zərfdə 27 may 2019-cu il saat 18.00-a qədər Dövlət Turizm Agentliyi, Nizami küçəsi 96 E, Landmark I, 3-cü mərtəbədə təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılması ilə bağlı tender komissiyasının iclası 29 may 2019-cu il saat 11.00-da Bаkı şəhəri, Nizami küçəsi 96 E, Landmark I, 3-cü mərtəbədə Dövlət Turizm Agentliyinin ofisində keçiriləcəkdir.
5. Kotirovka sorğusu ilə əlaqədar məlumat almaq üçün iddiaçılar göstərilən ünvana müraciət edə bilərlər. Əlaqə telefonları- 505 87 04 (əlavə 2303), faks: 492 05 92.

Tender komissiyası 

21 2019 03:03 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
15 İyun 2019 | 03:45
KAPİTAL BANK
15 İyun 2019 | 03:44
B İ L D İ R İ Ş
15 İyun 2019 | 03:44
B İ L D İ R İ Ş
15 İyun 2019 | 03:40
B İ L D İ R İ Ş
15 İyun 2019 | 03:39
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə