Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin Aİ ölkələrinə əmtəə ixracı idxalı xeyli üstələyir

Türkiyənin Aİ ölkələrinə əmtəə ixracı idxalı xeyli üstələyir

Türkiyənin Avropa İttifaqı (Aİ) ölkələrinə 2019-cu ilin birinci rübü ərzində ixrac etdiyi məhsulların həcmi idxaldan təxminən 2,8 milyard avro çox olub. Bu barədə Aİ-nin statistika xidmətinə istinadən “Anadolu” agentliyi məlumat yayıb. 

Statistika xidmətinin açıqlamasında həmçinin qeyd olunur ki, Aİ ölkələri bu ilin mart ayında, bütövlükdə, 173 milyard avro həcmində sənaye və kənd təsərrüfatı məhsulları ixrac ediblər ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə üç milyard avro çoxdur.  
Xatırladaq ki, Türkiyənin bu ilin yanvar-mart aylarında Aİ dövlətləri ilə ticarət balansının müsbət saldosu 2018-ci ilin avqust ayından başlanıb. 2017-ci ilin birinci rübündə isə Türkiyənin ticarət saldosu mənfi 3,5 milyard təşkil edib.
Sement istehsalı üzrə Avropada birinci, dünyada beşinci olan Türkiyə  bu il sement istehsalını 1,3 milyard dollara çatdırmağı planlaşdırır. Türkiyə Sement İstehsalçıları Assosiasiyasının rəhbəri İsmayıl Bulud bildirib ki, hazırda türkiyəli sement istehsalçıları dünyanın 100-dən çox ölkəsinə sement satırlar. 
Türkiyənin təkcə Aİ ölkələri ilə deyil, regionun digər dövlətləri, o cümlədən Rusiya ilə də ticarət əlaqələri genişlənir. Yeri gəlmişkən, Türkiyədən Rusiyaya ən çox tərəvəz və meyvə məhsulları ixrac olunur. 
Bu ilin birinci rübündə Türkiyə 118 dövlətə 1,13 milyon ton tərəvəz və meyvə satıb. Türkiyə kənd təsərrüfatı məhsullarını ən çox Rusiya bazarlarına çıxarıb. Belə ki, bu sahədə ixracın həcmi 184 milyon dollar təşkil edib. 
Türkiyə Şərqi Qara Dəniz Regionu İxracatçılar Assosiasiyasının yetkilisi məlumat verib ki, bu ilin ikinci rübündə Rusiyanın Türkiyədən idxal edəcəyi məhsulların  həcmində xeyli artım gözlənilir.  

M.HACIXANLI, “Xalq qəzeti” 

 

20 2019 22:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə