Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya və ABŞ liderləri G-20 sammitində görüşə bilərlər

Rusiya və ABŞ liderləri G-20 sammitində görüşə bilərlər

Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında yeni görüşün keçirilməsi ilə bağlı təşəbbüs Amerika tərəfindən göstərilməlidir. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. Məlumatı “Lenta.ru” verib. 
Onun sözlərinə görə, iki liderin Argentinada keçirilməsi planlaşdırılan görüşü artıq 24 saatdan da az qalmış ləğv olunub: “Bununla əlaqədar olaraq, yeni görüş təşəbbüsü Amerika tərəfindən irəli sürülməlidir”, – deyə Kreml rəsmisi bildirib. 
Peskov əlavə edib ki, Rusiya tərəfi ABŞ Prezidentinin Vladimir Putinlə görüşmək arzusunda olduğu barədə məlumatlıdır, ancaq dövlət katibi Mayk Pompeo bu yaxınlarda Moskvaya səfəri zamanı Yaponiyanın Osaka şəhərində keçiriləcək “Böyük iyirmilik” (G-20) sammiti çərçivəsində görüşün təşkili barədə heç bir konkret təklif gətirməyib.  
Bununla yanaşı, Peskov ümid etdiyini bildirib ki, liderlər arasında görüş hər halda baş tutacaq. Bu görüş “ayaqüstü”, dəhlizlərdə və ya yarımformat şəklində ola bilər. 
Xatırladaq ki, bir müddət əvvəl Dövlət Departamentinə yaxın mənbə məlumat vermişdi ki, ABŞ Rusiya ilə yüksək səviyyəli yeni görüş keçirmək istəyir. Onun fikrincə, Donald Tramp və Vladimir Putinin yaxın vaxtlarda danışıqlar aparması imkanları yüksəkdir. Görüş bu ilin iyununda Osakada G-20 sammiti zamanı da baş tuta bilər.   
Onu da qeyd edək ki, mayın əvvəllərində Amerika tərəfinin təşəbbüsü ilə Tramp və Putin arasında telefon danışığı olmuşdu. Prezidentlər nüvə silahları üzərində nəzarət, “Rusiya müdaxiləsi”, eləcə də Venesuela, Ukrayna və Çində vəziyyətlə bağlı məsələləri müzakirə etmişdilər. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

20 2019 22:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə