Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Brexit”lə bağlı yeni təkliflər paketi hazırlanıb

“Brexit”lə bağlı yeni təkliflər paketi hazırlanıb

Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkənin Avropa İttifaqından çıxması ilə bağlı daha bir açıqlama verib. Bu barədə “Le Monde” nəşri məlumat yayıb. Mənbə bildirir ki, Baş nazir İcmalar palatasının müzakirəsinə təqdim etmək üçün yeni təkliflər paketi hazırladığını açıqlayıb. 
Lakin xanım Mey “Brexit”lə bağlı təkliflərin detalları barədə ətraflı məlumat verməyib. Britaniya mətbuatı hesab edir ki, yeniliklər, əsasən, ekologiya, malların və əhalinin sərbəst hərəkəti ilə bağlı olacaq. Bununla belə, təkliflər paketində Avropa İttifaqı ilə təkrar danışıqlar məsələsi yer almır. 
Qeyd edək ki, ötən həftə Leyboristlər Partiyası hökumətlə Breksitə dair bütün danışıqları dayandırıb. Partiyanın lideri Ceremi Korbin hökuməti zəiflikdə ittiham edib. 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

20 2019 22:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2019 | 20:44
Hava proqnozu
18 Sentyabr 2019 | 20:39
Krit Universiteti birincidir
18 Sentyabr 2019 | 20:39
Qaçqın axını artıb
18 Sentyabr 2019 | 20:38
Türk pilot kosmosa uçacaq

Köhnə versiyamızdan xəbərləri izlə