Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qlobal istiləşmə ilə bağlı həyəcan təbili

Qlobal istiləşmə ilə bağlı həyəcan təbili

Qlobal istiləşmənin fəsadlarından daha çox Sakit okean ölkələri əziyyət çəkirlər. Dünya okeanının səviyyəsi bundan sonra da artmaqda davam edərsə, o zaman ada dövlətləri su altında qala bilər. “Euronews” agentliyinin yaydığı məlumata görə, bu bəyanatla Ficiyə səfərə gələn BMT-nin Baş katibi Antonio Quterreş çıxış edib.

O, Ficinin paytaxtı Suvada təşkil olunan mətbuat konfransında deyib: “Sakit okeandakı ada dövlətləri qlobal iqlim dəyişmələrində daha az təqsirkardırlar, lakin onlar mənfi fəsadlardan hamıdan çox əziyyət çəkirlər. Bu dövlətlər həm öz əhalisinin müdafiəsi üçün, həm də istixana qazlarının atmosferə atılmasının qarşısının alınması məqsədilə yorulmadan çalışırlar. Region ölkələri qlobal istiləşmə ilə mübarizəyə bu tendensiyanın formalaşmasında günahkar olan ölkələrdən daha çox töhfə verirlər. Rahatlıqla deyə bilərik ki, bununla da bölgədəki ada dövlətləri dünyanın sənaye baxımından inkişaf etmiş ölkələrinə örnək ola bilərlər”.
A.Quterreş Sakit okean adalarının liderlərinə müraciətində bildirib ki, region ölkələrinin qarşılaşdıqları iki “fundamental problem” var: iqlim dəyişmələrinin nəticələri, həmçinin okeanın çirklənməsi və suyunun səviyyəsinin qalxması.
Baş katibin sözlərinə görə, Sakit okean regionu iqlim dəyişmələrinin nəticələrini hamıdan əvvəl hiss edir. 
Mətbuat konfransında son 4 ilin ən isti illər olduğunu qeyd edən Antonio Quterreş Qrenlandiya və Antarktida buzlaqlarının əriməsini, həmçinin əsrin sonunadək okeanların səviyyəsinin bir metrədək qalxacağı barədə ekspertlərin proqnozlarını xatırladıb. Baş katib bu problemin, ilk növbədə, Sakit okean regionuna təsir edəcəyini, bəzi adaların isə su altında qalmaq təhlükəsi ilə üzləşəcəyini diqqətə çatdırıb.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

20 2019 22:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2019 | 20:44
Hava proqnozu
18 Sentyabr 2019 | 20:39
Krit Universiteti birincidir
18 Sentyabr 2019 | 20:39
Qaçqın axını artıb
18 Sentyabr 2019 | 20:38
Türk pilot kosmosa uçacaq

Köhnə versiyamızdan xəbərləri izlə