Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar-aprel aylarında tikinti materiallarının istehsalı 5 faiz artıb

Yanvar-aprel aylarında tikinti materiallarının istehsalı 5 faiz artıb

Cari ilin yanvar-aprel aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 5 faiz artaraq 240,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu müddət ərzində tikinti kərpicinin istehsalı 69,8 faiz, tikinti əhənginin istehsalı 41,5 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 11,7 faiz, sementin istehsalı 5,2 faiz artıb, betondan yığma tikinti konstruksiyalarının istehsalı 52,5 faiz, tikinti gipsinin istehsalı isə 61,8 faiz azalıb.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

20 2019 17:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə