Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AzTV-də yeni vətənpərvərlik layihəsi – “Vətənpərvər” tok-şousu

AzTV-də yeni vətənpərvərlik layihəsi – “Vətənpərvər” tok-şousu

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) hərbi vətənpərvərliklə bağlı daha bir layihəyə start verib.

QSC-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin mediaya açıqlamasında bildirilir ki, Azərbaycan Televizyasında yaxın günlərdə “Vətənpərvər” adlı tok-şou start götürəcək. Həftədə bir dəfə yayımlanacaq tok-şou qeyri-adi üslubda efirə çıxacaq. Tok-şounun məkanı hərbi üslubda qurulmuş çadırdan ibarət olacaq, iştirakçılar və qonaqlar isə hərbi geyimdə olacaqlar. Mövzular müxtəlifliyi ilə seçiləcək. 

Açıqlamada daha sonra deyilir ki, hərbi vətənpərvərlik mövzusu "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də son aylar prioritet sahələrdəndir, bu məsələyə xüsusi həssaslıqla yanaşılır. Bu məqsədlə yaradılan “GəncSən”, “Nəsillərin debatı” kimi tok-şoular artıq efirə çıxır. Azərbaycan Radiosunda isə “Əsgər istəyi”, “Hərb tariximizdən”, “Vətən yaşasın” verilişləri rəngarəng mövzularla efirdə yayımlanır. “Vətən yaşasın” verilişinin yayım sayı artırılaraq həftədə 4 dəfəyə çatdırılıb. 

 

R.TAHİR,
“Xalq qəzeti”

20 2019 17:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə