Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hindistanda Parlament seçkilərinin yekun mərhələsi başa çatıb

Hindistanda Parlament seçkilərinin yekun mərhələsi başa çatıb

“Euronews” agentliyinin yaydığı məlumata görə, Hindistanda parlament seçkilərinin yekun mərhələsi başa çatıb. Ölkədə rəsmi qeydiyyatda olan 900 milyon vətəndaş səsvermədə iştirak edib.

Bildirilir ki, ümumi seçici fəallığı 60, 23 faiz təşkil edib. Hindistan qanunvericiliyinə əsasən, səs çoxluğu əldə edən partiya hökumətin yeni tərkibini formalaşdıracaq. Nəticələr mayın 23-də elan ediləcək. Exit polun nəticələri isə hazırkı baş nazir Narendra Modinin rəhbərlik etdiyi “Hindistan Xalq Partiyası”nın öndə olduğunu göstərir. Qeyd edək ki, ilk  mərhələsi aprelin 11-də baş tutmuş seçkilər 29 ştat və 7 müttəfiq ərazidə keçirilib. 545 yer uğrunda 8 minə yaxın namizəd mübarizə aparıb.

 

E.ABBASOV,
“Xalq qəzeti”

20 2019 17:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə