Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ və Çin arasında yeni böhran

ABŞ və Çin arasında yeni böhran

ABŞ Donanmasına aid hərbi gəmi Çin dənizində irəliləyir. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Mənbə qeyd edir ki, gəmi Skarborough adası yaxınlarında mövqe tutub.

Çinlə Tayvan arasında qarşıdurmaya səbəb olan bu ada ətrafında ABŞ gəmisinin peyda olması Çin-Amerika münasibətlərində yeni böhrana səbəb olub.

Vəziyyəti qəlizləşdirən hadisə isə hərbi gəmi haqqında danışan komandir Klay Doss olub. Doss bildirib ki, “Prebbe” adlı gəmi adanın 12 mil yaxınlığını keçib: “Məqsəd beynəlxalq suları qorumaqdır”.

Sosial şəbəkələrdə isə bəzi mütəxəssislər ABŞ-ın Çinə gözdağı verdiyini iddia edib.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

20 2019 17:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə