Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Google” şirkəti “Huawei” kompaniyası ilə biznesi dayandırır

“Google” şirkəti “Huawei” kompaniyası ilə biznesi dayandırır

Amerikanın “Google” kompaniyası Çinin “Huawei” şirkətinə texniki dəstək verməyi və xidmət göstərməyi dayandırmaq qərarına gəlib. Bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Mənbə qeyd edir ki, ötən həftə ABŞ “Huawei” şirkətini  Birləşmiş Ştatlardan çatdırılmaların xüsusi lisenziya əsasında həyata keçiriləcəyi kompaniyaların siyahısına salıb. Amerika hakimiyyəti bu kompaniyanın Çinin dövlət təhlükəsizlik xidmətlərinə məlumat ötürdüyünü güman edir.

Dünyanın ikinci ən iri smartfon istehsalçısı olan “Huawei” öz məhsullarında “Google” kompaniyasının “Android” sistemindən istifadə edir. Ötən il Çin kompaniyası dünya bazarına 200 milyon smartfon çıxarıb. “Huawei” bundan sonra “Android” proqram təminatından və “Google” kompaniyasının tərəfdaşlarına göstərdiyi müxtəlif xidmətlərdən istifadə edə bilməyəcək.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

20 2019 17:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə