Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bavariya” Almaniya çempionu olub

“Bavariya” Almaniya çempionu olub

Həftəsonu Almaniya çempionatında 2018-2019-cu il mövsümünə yekun vurulub. BBC-nin məlumatına görə, Bundesliqanın lideri olan Münxenin “Bavariya” klubu növbəti dəfə çempion adını qazanıb. Münxenlilər sonuncu - 34-cü turda doğma azarkeşlər önündə “Ayntraxt” klubunu  5:1 hesabı ilə məğlub edərək xallarının sayını 78-ə çatdırıb.

Beləliklə, “Bavariya” Bundesliqa tarixində 29-cu dəfə Almaniya çempionu adını qazanıb. “Bavariya”nın polşalı hücumçusu Robert Levandovski isə mövsüm ərzində 22 dəfə fərqlənərək çempionatın ən məhsuldar futbolçusu olub.

Çempionatın gümüş medallarına 76 xal toplayan “Borussiya Dortmund” komandası sahib olub. “Leypsiq” komandası 66 xalla üçüncü, “Bayer Leverkuzen” isə 58 xalla dördüncü olub. İlk dörd yeri tutan komandalar 2019-2020-ci il mövsümündə UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıblar.

 

E.ABABSOV,
“Xalq qəzeti”

20 2019 17:00 - İDMAN
İDMAN
14 İyun 2019 | 23:29
Maradona istefa verib
14 İyun 2019 | 00:40
Transferlərə rekord ödəniş
12 İyun 2019 | 22:18
Ən çox qazanan idmançı
10 İyun 2019 | 19:05
Saviç üçün 100 milyon avro
8 İyun 2019 | 22:10
Eden Hazard “Real”da
7 İyun 2019 | 22:45
Klub satılır

Köhnə versiyamızdan xəbərləri izlə