Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vüsal Qasımlı: Azərbaycanda problemli kreditlərin həll modeli güclü sosial xarakterə malikdir

Vüsal Qasımlı: Azərbaycanda problemli kreditlərin həll modeli güclü sosial xarakterə malikdir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Koreya Respublikasının Azərbaycandakı Səfirliyi və Koreya İnkişaf İnstitutu ilə birgə “Problemli Kreditlərin Həlli: Azərbaycan və Koreya Təcrübəsi” mövzusunda keçirdiyi beynəlxalq konfransda Mərkəzin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı deyib ki, Azərbaycanda problemli kreditlərin həll modeli güclü sosial xarakterə malikdir.

V.Qasımlı bildirib ki, Azərbaycanda problemli kreditlərin həllinin beynəlxalq təcrübədən fərqi böyükdür: "Problemin həlli daha qısa bir müddətdə baş verir. Problemli krediti olan fiziki şəxslərin 90 faizindən artığı qərarın əhatə dairəsinə düşüb. Bu kreditlərin həllini bütünlüklə dövlət öz üzərinə götürüb. Beləliklə, banklar və əhali yükdən azad olur. Problemli kreditlərindən həllindən sonra bank sektoru tamamilə yeni mərhələyə çıxlb”.

Daha sonra tədbirdə Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tong Op çıxış edib. Kim Tong Op deyib ki, Koreya problemli kreditlərin həlli mövzusunda böyük təcrübəyə malikdir. Azərbaycan dövləti ilə yeni təcrübə mübadiləsi bu istiqamətində yeni imkanların əldə olunması ilə nəticələnəcək.

Gələcəkdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Koreya İnkişaf İnstitutu arasında hər iki ölkənin iqtisadi inkişaf modelləri üzrə təcrübə mübadiləsi nə zərdə tutulur.

 

“Xalq qəzeti”

20 2019 16:49 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə