Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi üçün nə qədər vəsait ayrılıb?

Problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi üçün nə qədər vəsait ayrılıb?

Azərbaycanda problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi üçün dövlət tərəfindən 700 milyon manat ayrılıb.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinin strateji təhlil və planlaşdırma meneceri Vüsalə Cəfərova deyib.

O bildirib ki, “Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman 800 mindən çox vətəndaşı əhatə edib. Bu, xarici valyutada problemli kreditlərin 90 faizini təşkil edir.

Qeyd edək ki, aprelin 22-dən başlayaraq problemli kreditlər üzrə kompensasiyaların ödənilməsinə başlanıb. Ödənişlərin may ayında başa çatması planlaşdırılır.

 

“Xalq qəzeti”

20 2019 16:01 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə