Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qovlar şəhərində fitoterapiya ilə bağlı geniş seminar keçirilib

Qovlar şəhərində fitoterapiya ilə bağlı geniş seminar keçirilib

Qovlar şəhər Gənclər Evində “Fitoterapevtlər Cəmiyyəti” İctimai Birliyinin (İB) geniş maarifləndirmə seminarı keçirilib. İcra hakimiyyətinin,  Milli Məclisin deputatı Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin və Gənclər evinin dəstəyilə təşkil edilən seminarda “Fitoterapevtlər Cəmiyyəti” İB-nin sədri Məlahət Qəhrəmanova cəmiyyət haqqında məlumat verib.

M.Qəhrəmanova bildirib ki, cəmiyyətin əsas məqsədi ölkəmizin zəngin dərman bitkiləri ehtiyatından istifadə edərək onları bütün dünyaya tanıtmaqdır. O, Fitoterapevtlər cəmiyyətində bu sahədə mütəxəssis olan alim və tədqiqatçıların təmsil olunması, həyata keçirilən və nəzərdə tutulan layihələr barədə də geniş məlumat verib.

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Q.Paşayeva Fitoterapevtlər Cəmiyyətinin paytaxtdan kənar ilk tədbirinin Tovuzda keçirilməsinin təsadüfi olmadığını deyib, çünki Tovuz rayonu zəngin florası olan bölgələrdən biridir: “Bildiyiniz kimi cənab Prezident İlham Əliyev çıxışlarında ölkəmizdə bütün sahələrin inkişafına diqqət yetirilməsinin önəmini qeyd edir və fitoterapiya da xüsusi diqqət göstərilməsi vacib sahələrdən biridir. Azərbaycan, o cümlədən Qovlar zəngin floraya malikdir, burada çoxlu sayda şəfalı bitkilər var, o cümlədən dərman bitkiləri ilə də  zəngindir”. O, bildirib ki, fitoterapiya, onun vacibliyi və əhəmiyyəti ilə bağlı əhalimizin geniş maarifləndirilməsi işlərinə böyük ehtiyac var və  bölgələrimizdə bu kimi tədbirlərin keçirilməsi bu istiqamətdə çox vacibdir. Bu sahədə maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd edən millət vəkili Q.Paşayeva sağlam həyat tərzinin, düzgün qidalanmanın zəruriliyini qeyd edib. Qidalanma üçün faydalı, eyni zamanda dərman bitkiləri ilə zəngin olan ölkəmizdə müxtəlif məhsulların və müxtəlif dərmanların hazırlanmasının yaxın gələcəkdə önəmi barədə danışaraq, cəmiyyətin ölkəmizdə fitoterapiyanın inkişafına müsbət töhfələr verəcəyinə inandığını deyib və uğurlar diləyib.

Azərbaycan Tibb Universitetinin professoru Aidə Bəndəliyeva  “Təbii mənşəli müalicə vasitələri və sağlamlıq”la bağlı çıxış edib və ölkəmizin bölgələrində bu kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.  Cəmiyyətin icraçı direktoru Ülviyyə Abbasova çıxış edərək təşkilatın maarifləndirmə istiqamətində hədəfləri barədə geniş məlumat verib və bu kimi tədbirlərin keçirilməsinin vacibliyi ilə bağlı fikirlərini bölüşüb. Tədbirdə Qovlar şəhər icra başçısının müavini Təranə Bayramova iştirak edib. Ziyalılar çıxış edərək seminarın mövzusu ilə bağlı fikirlərini bildiriblər.

Sonda M.Qəhrəmanova, Ü.Abbasova və A.Bəndəliyeva tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 2019 14:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2019 | 20:44
Hava proqnozu
18 Sentyabr 2019 | 20:39
Krit Universiteti birincidir
18 Sentyabr 2019 | 20:39
Qaçqın axını artıb
18 Sentyabr 2019 | 20:38
Türk pilot kosmosa uçacaq

Köhnə versiyamızdan xəbərləri izlə