Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT-nin İnkişaf Proqramının nümayəndələri Masallıda

BMT-nin İnkişaf Proqramının nümayəndələri Masallıda

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) "Ölkə proqramı üzrə müstəqil qiymətləndirmə" missiyası və nümayəndələri Masallıya səfər ediblər.

Rayon icra hakimiyyətində qonaqlarla keçirilən görüşdə icra başçısı Rafil Hüseynov ölkədə aparılan uğurlu iqtisadi islahatlar, rayonun tarixi, sosial-iqtisadi inkişafı, mədəniyyəti, turizm potensialı, əhalinin məşğulluğu barədə məlumat verib.

UNDP-nin qiymətləndirmə missiyasının rəhbəri Elinor Bajraktari  müvafiq monitorinq və qiymətləndirmə çərçivəsinin hazırlanmasında UNDP tərəfindən təmin edilən ekspert dəstəyi və donor qurumları ilə koordinasiyada əməkdaşlığı yüksək qiymətləndirib.

O, Masallıda görülən işlərin icrası və monitorinqində nəzərə alınması, UNDP-nin qadınların iş proseslərinə töhfəsi barədə Azərbaycanda, o cümlədən Masallıda maraqlı iş təcrübəsinin olduğunu bildirib.

Görüşdə əməkdaşlıq imkanları müzakirə edilib. Müzakirələr zamanı şaxələndirmə, insan - qadın və gənclər kapitalı gələcək əməkdaşlıq istiqamətləri kimi təklif edilib.

E.Bajraktari və nümayəndə heyətinin üzvləri rayona səfərlərindən məmnunluqlarını bildiriblər.
Masallının görməli yerləri ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

20 2019 13:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə