Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Keşikçidağ abidəsi ətrafında olan iddialar əsassızdır

Keşikçidağ abidəsi ətrafında olan iddialar əsassızdır

Milli Məclisin iclasında Gürcüstandakı bəzi siyasi və dini nümayəndələrin  Keşikçidağ abidələri ətrafında yaratmaq istədikləri heç bir tarixi əsası olmayan gərginlik və onun strateji Azərbaycan -- Gürcüstan münasibətlərinə mənfi təsiri barədə danışan deputat Qənirə Paşayeva Keşikçidağ abidələri ilə bağlı əsassız ittihamlarla çıxış edən Gürcüstanın bəzi din və siyasət nümayəndələrinin açıqlamalarına etirazını bildirib.

O, deyib ki, onların əməllərinə, açıqlamalarına Gürcüstan rəsmiləri və milət vəkilləri dərhal  reaksiya verməlidir və iki ölkə arasında münasibətlərə zərər verən  bu kimi addımların qarşısı alınmalıdır: “Azərbaycan Gürcüstanla münasibətlərə həmişə həssas yanaşır, böyük önəm verir və onun  ərazi bütövlüyünə də hər zaman hörmətlə yanaşır. Gürcüstanda Azərbaycanın ərazi bütövlüyünə qarşı bəzi qüvvələr tərəfindən səsləndirilən sayğısız ifadələr qəbuledilməzdir və bu kimi açıqlamalar sadəcə Azərbaycan--Gürcüstan əlaqələrinə zərər vurur və biz buradan öz etiraz səsimizi ucaldırıq. Azərbaycanın ərazi bütövlüyünə sayğı göstərilməsi bizim üçün ən vacib məsələdir. Keşikçidağ tarixi mədəniyyət abidəsi Azərbaycan tarixinin bir parçası olaraq bizim üçün  çox dəyərlidir və bütün tarixi mənbələr də Gürcüstanda bəzi qüvvələrin səsləndirdiyi iddiaların əsassız olduğunu ortaya qoyur. Gürcüstanda Azərbaycan əleyhinə fəaliyyət göstərən və iki ölkə arasında münasibətlərin pozulması üçün çalışan qüvvələrin fəallaşmasının Gürcüstan rəsmiləri və siyasi dairələri qarşısını almalıdır, çünki Azərbaycan üçün Gürcüstan ilə münasibətlərin inkifaşı nə qədər önəmlidirsə, Gürcüstan üçün də Azərbaycanla münasibətlərin inkişafı daha da önəmlidir”.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 2019 13:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə