Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərdoğan Azərbaycan qaziləri ilə görüşdü

Ərdoğan Azərbaycan qaziləri ilə görüşdü

Qardaş Türkiyədə səfərdə olan Azərbaycan qaziləri, hərbi yönümlü QHT təmsilçiləri Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi iftar mərasimində iştirak edib.

“Xalq qəzeti” xəbər verir ki, Samsun şəhərində düzənlənən iftar mərasimindən  sonra Azərbaycan təmsiçiləri R.T.Ərdoğana iki qardaş ölkənin prezidentlərinin portretini və digər hədiyyələri təqdim ediblər.  Görüşdə xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin təşkilatçılığı ilə Azərbaycan qaziləri Atatürkün İstanbuldan Samsuna gəlişinin 100-cü ildönümü – 19 May gənclik və idman bayramında iştirak etmək üçün Türkiyənin Samsun şəhərinə səfər edib. Azərbaycan heyətinə Milli Qəhrəman Vahid Quliyev, Aprel döyüşlərinin qaziləri, Əfqanıstan müharibəsi iştirakçılarının təmsilçiləri, hərbiyönümlü jurnalistlər və s. daxildir.

Heyətimiz Türkiyə Prezidenti Administrasiyasının və Samsun Büyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlə qatılıb. 

Samsunun Cümhuriyyət meydanında keçirilən Bayram tədbirində Prezident yanında  QHT-lərə Dövlət Dəstəyi  Şurasının üzvü Emin Həsənlinin çıxışı  maraqla qarşılanıb.

20 2019 12:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə