Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Aİ ilə sıx əməkdaşlıq edir

 Azərbaycan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Aİ ilə sıx əməkdaşlıq edir

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçikaya səfəri çərçivəsində Avropa İttifaqının rəsmiləri ilə keçirilən görüşlər tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir. Səfər zamanı Prezident İlham Əliyevin Belçika Kralı  Filip ilə görüşündə Azərbaycan–Belçika ikitərəfli münasibətləri, regiondakı vəziyyət və Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib. Eyni zamanda, dövlətimizin başçısının Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşündə də ikitərəfli münasibətlərin inkişafı diqqət mərkəzində olub”. Bu fikirləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Onun sözlərinə görə, bu gün Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. 
S.Fətəliyevə bildirib ki, Donald Tusk görüş zamanı ölkəmizin Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu qeyd edib və Azərbaycanın regiondakı rolunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini  vurğulayıb. Eyni zamanda, Azərbaycan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. 
Dövlətimizin başçısı keçirilən bütün görüşlərdə, o cümlədən Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyində çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti haqqında məlumat verib. Prezident İlham Əliyev xatırladıb ki, ötən il Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. Bu sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq, Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Mühüm məqam odur ki, sənəddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. S.Fətəliyeva Azərbaycanın uğurlu inkişafı, beynəlxalq nüfuzunun artması və digər müsbət reallıqların antiazərbaycan dairələr tərəfindən narahatlıqla qarşılanmasına da münasibət bildirib: “Bunu onların mənasız açıqlamalarında, eyni zamanda, ölkəmizdən kənarda yaşayan  bəzi qrupların davranışlarında  hiss etmək olur. “Siyasi məhbus” məsələsinin gündəmə gətirilməsi, beynəlxalq tədbirlər öncəsi “qara piar” kampaniyasına rəvac verilməsi ölkəmizin nüfuzuna kölgə salmağa hesablanmış, sifarişlər əsasında atılan addımlardır. Həmin dairələr öz məhdud maraqları naminə ölkəmizin daxili və xarici siyasət kursuna müdaxilə etməyə, bunun üçün də Azərbaycana qarşı təzyiq mexanizmini işə salmağa  çalışırlar. Azərbaycana qarşı təzyiq kampaniyasının tərkib hissəsi olan bu cür  addımların sonu fiaskodur. Çünki yüksək beynəlxalq nüfuza və dayanıqlı inkişafa malik olan Azərbaycan öz prinsipial mövqeyindən və müstəqil siyasətindən geri çəkilmək niyyətində deyil”.

 

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

18 2019 22:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2019 | 20:44
Hava proqnozu
18 Sentyabr 2019 | 20:39
Krit Universiteti birincidir
18 Sentyabr 2019 | 20:39
Qaçqın axını artıb
18 Sentyabr 2019 | 20:38
Türk pilot kosmosa uçacaq

Köhnə versiyamızdan xəbərləri izlə