Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 223    Bakı şəhəri, 15 may 2019-cu il

“Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”da dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 fevral tarixli 510 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər ­Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 56; 2008, № 1, maddə 39; 2014, № 6, maddə 747, № 9, maddə 1124; 2016, № 1, maddə 173; 2017, № 3, maddə 480; 2019, № 1, maddə 158) ilə təsdiq edilmiş “Elektron sənədlərin mübadiləsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 6.1-ci bənddə “elektron və ya kağız-uçot jurnallarında aparılır” sözləri “elektron sənəd dövriyyəsi sistemi vasitəsilə həyata keçirilir” sözləri ilə əvəz edilsin.
2. 6.2-ci bənddə “elektron jurnallarda” sözləri “elektron sənəd dövriyyəsi sistemində” sözləri ilə əvəz edilsin.
3. 7.2-ci bənddən “müvafiq uçot jurnallarının,” sözləri çıxarılsın.

 

Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə