Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İdarəetmədə multikultural dəyərlər” mövzusunda elmi konfrans

“İdarəetmədə multikultural dəyərlər” mövzusunda elmi konfrans

Azərbaycan Turizm və Menecment Universitetində ali təhsil müəssisəsinin elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “İdarəetmədə multikultural dəyərlər” mövzusunda doktorant, dissertant və müstəqil tədqiqatçıların IV respublika elmi konfransı keçirilib. 

ATMU-nun rektoru ­İlham Mədətov bildirib ki, konfransın keçirilməsində əsas məqsəd müasir dövrdə idarəetmənin multikultural inkişafı istiqamətində aparılan işlər çərçivəsində məhz multikultural dəyərlərin mükəmməl modelinə nail olmaq, tətbiqi tədqiqatların təbliği mexanizmini hazırlamaq, mədəni-etnik müxtəliflik amilinin dövlətçiliyin inkişafına xidmət üsullarını müəyyənləşdirib həyata keçirməkdən ibarətdir. Rektor idarəetmənin çoxcəhətli prosesi əhatə etdiyini, cəmiyyətin bütün fəaliyyət dairəsi ilə əlaqəli olduğunu dedi. Tədbirə ölkəmizin onlarla ali təhsil müəssisəsi nümayəndələrinin qatılması faktını yüksək dəyərləndirib.
ATMU-nun elm və ­innovasiya şöbəsinin ­müdiri, fizika-­riyaziyyat elmləri namizədi, dosent Nəsirullah Nəsirli “Yeni əsrdə turizmin inkişaf istiqamətləri” adlı məruzəsində turizmin kütləvi və sosial kateqoriya kimi çoxsaylı faktorların təsiri ilə formalaşdığını, eyni zamanda, müasir dövrdə turizm bazarında tələbata təsir göstərən vacib amilləri qruplaşdırmaqla, təsnifat göstəricilərini diqqətə çatdırıb. Karyera və kommunikasiya şöbəsinin müdiri Anar Eminov “Ümummilli lider Heydər Əliyevin iqtisadi siyasətində multikultural dəyərlərin təhlili” adlı məruzəsində ulu öndərin nəzəri-metodoloji və praktiki əhəmiyyətli baxışlarına elmi baxımdan münasibət bildirib. 
“Azərbaycançılıq və multikultural dəyərlər”, “Turizmin inkişafında mədəni irsin rolu”, “Turizmin sosial-iqtisadi inkişafa təsiri”, “Müasir idarəetmənin inkişaf tendensiyaları” bölmələrində 52 məruzə dinlənilib.
ATMU-nun professoru Məhərrəm Zülfüqarlının “Kommunist rejimi daxilində milli dəyərlər uğrunda mübarizə”, AMEA-nın İqtisadiyyat İnistitutunun aparıcı elmi işçisi Gülnar Səmədovanın “Azərbaycanda müalicəvi turizmin təhlili və qiymətləndirilməsi”, Azərbaycan Texniki Universitetinin müəllimi Axilles Talıbovun “Azərbaycan Respublikasında turizm sahəsinin müasir inkişaf perspektivləri”, ”Xalq qəzeti”nin məsul katibi İlqar Rüstəmovun “Mətbuat azadlığı Azərbaycanda multikulturalizm siyasətinin mühüm amillərindən biri kimi”, Sumqayıt Dövlət Universitetinin əməkdaşları Jalə Fərhadova və Nərgiz Nəsirovanın “Qərbi Avropa ölkələrində multikulturalizm”, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistrantı Emil Ağayevin “Altay Hacıyevin yaradıcılığında multikulturalizm ənənələri”, Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşı Elman Əzizovun “Müasir turizm sahəsinin davamlı inkişafının təmini məsələləri”, ATMU-nun əməkdaşı Emin Quliyevin “Turizm klasterlərinin sosial-iqtisadi inkişafa təsiri” adlı məruzələri iştirakçılar tərəfindən maraqla dinlənilib.
Konfrans yekun plenar iclasla başa çatıb.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

18 2019 22:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə